"86.6" adlı hesabat konserti baş tutdu - REPORTAJ
Video / Mədəniyyət
24 iyn 2024 | 10:00
May ayı təzəcə başlamışdı. Şəhərin küçələrində divarlara yapışdırılan bir afişa hamının diqqətini özünə cəlb edirdi. Bu afişada göstərilirdi ki, 15 iyun Qurtuluş günündə Azərbaycan Respublikasının ərazi bütövlüyünə həsr edilən 86.6 adlı konsert-proqramı baş tutacaq. Afişanı yaxından görən rəqssevərlərin sevincinin həddi-hüdudu yox idi. Onlar səbirsizliklə konsertin necə olacağı haqqında və neçə bilet alacaqlarını düşünürdülər.

Əsl sənət insanları, sənətinin vurğunu olan kəslər hər zaman həyəcanlı olur. Tamaşaçı qarşısına çıxmaq məsuliyyətini dərk etdikləri üçün çalışırlar ki, repertuar seçimində insanların zövqünü oxşaya bilsinlər. Həm də bayağı mahnıların, rəqslərin çox yayıldığı bir zamanda konsertə gələnləri məhz milli-mənəvi dəyərlərimizi əks etdirən rəqslərlə sevindirmək vacib idi.



Bəli...

Ötən həftə Bakı Musiqi Akademiyasının Opera Studiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Mizəağa Əliyev adına mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutdu.



Binaya daxil olanda foyedə tar, kamança, tütək və nağara kimi milli musiqi alətlərimizdə gənclərin ifası, az sonra içəridə baş tutacaq konsert-proqramın milliliyindən soraq verirdi.



Zala daxil olduq... Tamaşaçılar artıq yerlərini tutmuşdular. Baxışlarda səbrsizliklə pərdənin qalxacağı anın gözləntiləri açıq-aşkar sezilirdi. İşıqlar sönüb, diqqətlər səhnəyə köklənəndə ilk öncə ərazimizin bütövlüyü uğrunda canından, qanından keçmiş şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra zala bir səssizlik çökdü. Hamı intizarla pərdənin açılmasını gözləyirdi.



Budur, pərdə qalxır və gözlərimiz qarşısında tarixi sirləri ilə hələ də araşdırılmaqda olan Qobustan sıldırım qayaları görünür. Açılış rəqsi elə qurulub ki, sanki həmin o sıldırım qayalarda həkk olunan insan cizgiləri hərəkətə gəlib, canlanır və bu rəqs ruhumuzu silkələyir, bizi təbiət ilə vəhdət halına gətirir.



"Şalı-şalı" rəqsi.

Bədii rəhbər:Cavid Məmmədov

Rəqsin quruluşu:Xumar Zülfüqarova.



“Naxçıvani” rəqsi... Çıxış edir “Cırtdanlar” qrupu



“Muleyli”... rəqsin quruluşu Roza Cəlilova



“Şənlik” rəqsi



“Xala-bacı” rəqsi



“Popuri” rəqsi



“Tarla qızları” rəqsi



“Ağ çiçəyim” rəqsi (rəqsin quruluşu Roza Cəlilova)



“Gənclik” rəqsi



“Zaqatala qızları” rəqsi (rəqsin quruluşu Cəmilə Bayramova)


“Ləzgi rəqsi”



“Yaylıqlarla Xarıbülbül kompozisiyası”

Qızların yaylıqlarla çıxışı Xarıbülbül ləçəklərinin küləklə rəqsini xatırlatdı...


“Zəngəzur yallısı”




15 sayda bir-birindən fərqli rəqslər tamaşaçıların səngiməyən gurultulu alqışlarıyla müşayiət olundu. Ən sonda konsertin bədii rəhbəri Cavid Məmmədovun şablondan kənar səmimi çıxışı bayaqdan səslənən alqış sədalarını ikiqat artırdı. Ölməz sənətkar Rəşid Behbudovun “Azərbaycan” ifası ilə konserti yekunlaşdıran Cavid və Nəzrin Məmmədovlar hələ uzun müddət yaddaşlarda qalacaq, dillərdə dolaşacaq bir layihəyə imza atdılar, desəm heç də yanılmaram.



Tam səmimi ifadəmdir ki, qızların oğlan, oğlanların qız kimi rəqs etdiyi indiki zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xidmət edən “İnci” rəqs ansamblını tanımağıma çox şad oldum. Konsertin sonunda fürsət tapıb bir neçə rəqqas və rəqqasə balalardan məşqlər haqqında təəssüratlarını da xəbər aldım. Onların sevinc və sevgi dolu etirafını olduğu kimi qələmə alıram. “Biz bu günə gəlib çatmağımız üçün göydə Allah, yerdə rəqs müəllimlərimizə minnətdarıq”.

Əziz oxucular! Onu da qeyd edim ki, konsertin belə səviyyəli şəkildə araya-ərsəyə gəlməsində arxa cəbhədə əməyi-əziyyəti keçənlər də az deyildi. Onlar arasında günün görünməyən qəhrəmanları gənc analar da var idi.

Bizə belə möhtəşəm, coşqulu, unudulmaz dəqiqələr yaşatdığınız üçün var olun!



Rəsmiyyə Heybətağaqızı

“Cabir Novruz adına Mədəniyyət Fondu”nun İdarə Heyətinin nümayəndəsi,








Dünən, 18:13
Slovakiya prezidentinin Azərbaycana səfəri başa çatıb
Dünən, 14:47
Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür - VİDEO
Dünən, 14:44
Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
Dünən, 14:37
Gəmidə dron hücumuna məruz qalmış azərbaycanlı: "Türkiyə istiqamətində üzərkən partlayış baş verdi"
Dünən, 13:40
Məşhur UFC idmançısı Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu
Dünən, 13:30
Bu küçədə hərəkət istiqaməti dəyişdirilir
Dünən, 13:20
İran itkilərinin sayını açıqladı
Dünən, 12:40
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Dünən, 12:14
Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
Dünən, 12:06
Azərbaycan-Slovakiya əməkdaşlığı üçün prioritet sahələr açıqlandı
Dünən, 11:40
İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı
Dünən, 11:00
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Dünən, 10:52
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib
Dünən, 09:30
Dünya çempionatında ikinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?
14-07-2026, 14:57
Peter Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi - FOTO - VİDEO
14-07-2026, 14:30
Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib - FOTO
14-07-2026, 14:26
Slovakiyadan Azərbaycana məktəb hədiyyəsi: Prezidentlər təməlqoyma mərasiminə qatıldılar - FOTO
14-07-2026, 11:21
İlham Əliyevin Şuşada Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub - FOTO
14-07-2026, 11:15
İlham Əliyev: "Əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri inkişaf edəcək"
14-07-2026, 11:14
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14-07-2026, 11:12
Hikmət Hacıyev: "Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı"
14-07-2026, 11:08
Ebola virusuna qarşı peyvəndin ilk klinik sınaqlarına başlanıldı
14-07-2026, 11:06
İlham Əliyev Emmanuel Makronu təbrik etdi
14-07-2026, 10:45
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 57-ci ildönümüdür
14-07-2026, 10:36
Rumıniyada SOCAR-ın daha iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - VİDEO
14-07-2026, 10:20
Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO
14-07-2026, 10:19
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO