Trampa sui-qəsd cəhdi ilə bağlı hesabat açıqlandı
Dünya
3 iyl 2026 | 10:20
2024-cü ilin iyul ayında ABŞ Məxfi Xidmətinin işçiləri yol verdikləri nöqsanlar səbəbindən o dövrdə Respublikaçılar Partiyasının prezidentliyə namizədi olan Donald Trampa edilən sui-qəsd cəhdinin qarşısını almaqda aciz qalıblar.

Azerimedia.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin baş müfəttişliyi tərəfindən hazırlanmış hesabatda deyilir.

Müvafiq sənəddə bildirilir ki, "Məxfi Xidmət 13 iyul 2024-cü il tarixində keçirilən mitinq zamanı Tomas Kruksun Trampa hücum cəhdini müəyyən etmək, ona mane olmaq və qarşısını almaq kimi mühüm fürsətləri qaçırıb".

Hesabatda xüsusi olaraq qeyd edilir ki, mühafizə xidmətinin personalı Kruksun ərazini dronla izləməsinin fərqində olmayıb. Bu halın baş verməsi isə əməkdaşlardan birinin zəif hazırlığı və "texniki avadanlıqlardakı qüsurlar" ilə əlaqələndirilib.

Sənəddə, həmçinin vurğulanır ki, qurumun işçiləri "yerli hüquq-mühafizə qurumları ilə ortaq əməliyyat qərargahı qura bilməyiblər". Nəticədə ərazidəki bir çox şəxsin Kruksun davranışlarını şübhəli bilməsinə dair məlumatlar onlara çatmayıb. Bununla yanaşı, xidmət əraziyə tələb olunan sayda personal cəlb etməyib və Kruksun yerləşdiyi binanın damından mümkün atəş təhlükəsini aradan qaldırmaq məqsədilə zəruri addımları atmayıb.

Xatırladaq ki, Donald Trampa 13 iyul 2024-cü ildə sui-qəsd cəhdi olub. Siyasətçi yüngül xəsarət alıb və güllə onun yalnız qulağını sıyırıb keçib. Hücumu həyata keçirən 20 yaşlı ABŞ vətəndaşı Tomas Metyu Kruks elə hadisə yerində Məxfi Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Dünən, 17:48
Səna aeroportu vuruldu: İran təyyarəsinin limana enişinə imkan verilmədi - VİDEO
Dünən, 17:45
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi?
Dünən, 17:23
Sabahdan HAVA KƏSKİN DƏYİŞİR: Şimşək, dolu... - XƏBƏRDARLIQ
Dünən, 17:22
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
Dünən, 16:34
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Dünən, 16:33
Qazaxıstanla Azərbaycan arasında telekanalların qarşılıqlı yayımı barədə fikir mübadiləsi aparılıb - FOTO
Dünən, 16:30
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Dünən, 16:26
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO
Dünən, 16:00
Fərid Zeynalov: "Rəqəmsal platformalardakı dezinformasiya ictimai rəyi çaşdıra bilər"
Dünən, 15:37
Azərbaycanda dövlət qurumu ləğv edildi
Dünən, 15:36
Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb?
Dünən, 15:00
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünən, 14:38
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib - VİDEO
Dünən, 13:30
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi məlum oldu
Dünən, 10:51
Azərbaycan Prezidenti: "Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik"
Dünən, 10:49
Tarixi abidələrlə bağlı YENİ QƏRAR
Dünən, 10:47
Prezident: "Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır"
Dünən, 10:46
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Dünən, 10:44
Prezident: "İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir"
Dünən, 10:43
Azərbaycandan tranzit keçməklə Ermənistana yeddi vaqon buğda göndəriləcək
Dünən, 09:49
İlham Əliyev Avropa Komissiyası və AŞPA ilə münasibətlərdən DANIŞDI - VİDEO
Dünən, 09:37
İlham Əliyev: "Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək"
Dünən, 09:10
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
10-07-2026, 14:32
Kəlbəcərdə mina partladı
10-07-2026, 14:30
Xaricdə təhsil adı ilə dələduzluq edənlərlə bağlı MÜRACİƏT
10-07-2026, 13:34
Elektron resept təklif olunur - Yeni qayda
10-07-2026, 12:36
Dövlət mülkiyyətində olan əmlak torpaq sahələri ilə dəyişdirilə biləcək