Qazaxıstanla Azərbaycan arasında telekanalların qarşılıqlı yayımı barədə fikir mübadiləsi aparılıb - FOTO
Sosial
13 iyl 2026 | 16:33
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov, eləcə də Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin İnformasiya Komitəsinin Televiziya və Radio Kanalları üçün İnformasiya Fəaliyyəti Departamentinin baş eksperti Nurlan Bertısov ilə görüşüb.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin müttəfiqlik xarakteri daşıdığı vurğulanıb. Tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, həmçinin informasiya və media sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Söhbət zamanı Hikmət Hacıyev sosial media platformaları ilə bağlı məsələlərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirmənin gücləndirilməsi, birgə informasiya kontentlərinin hazırlanması, dezinformasiyaya qarşı birgə mübarizənin təşkilinin vacibliyini bildirib. Eləcə də Qazaxıstanda Azərbaycan televiziya kanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb.

Kanat İskakov və Nurlan Bertısov IV Şuşa Qlobal Media Forumunun uğurla təşkil olunması münasibətilə təbriklərini çatdırıblar. Onlar, həmçinin Prezident İlham Əliyevin Forum çərçivəsində media nümayəndələri ilə keçirdiyi görüşü yüksək qiymətləndirərək, dövlətimizin başçısının çoxsaylı sualları ətraflı və açıq şəkildə cavablandırmasını xüsusi məmnunluqla qeyd ediblər.
Dünən, 17:48
Səna aeroportu vuruldu: İran təyyarəsinin limana enişinə imkan verilmədi - VİDEO
Dünən, 17:45
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi?
Dünən, 17:23
Sabahdan HAVA KƏSKİN DƏYİŞİR: Şimşək, dolu... - XƏBƏRDARLIQ
Dünən, 17:22
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
Dünən, 16:34
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Dünən, 16:33
Qazaxıstanla Azərbaycan arasında telekanalların qarşılıqlı yayımı barədə fikir mübadiləsi aparılıb - FOTO
Dünən, 16:30
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Dünən, 16:26
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO
Dünən, 16:00
Fərid Zeynalov: "Rəqəmsal platformalardakı dezinformasiya ictimai rəyi çaşdıra bilər"
Dünən, 15:37
Azərbaycanda dövlət qurumu ləğv edildi
Dünən, 15:36
Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb?
Dünən, 15:00
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünən, 14:38
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib - VİDEO
Dünən, 13:30
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi məlum oldu
Dünən, 10:51
Azərbaycan Prezidenti: "Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik"
Dünən, 10:49
Tarixi abidələrlə bağlı YENİ QƏRAR
Dünən, 10:47
Prezident: "Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır"
Dünən, 10:46
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Dünən, 10:44
Prezident: "İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir"
Dünən, 10:43
Azərbaycandan tranzit keçməklə Ermənistana yeddi vaqon buğda göndəriləcək
Dünən, 09:49
İlham Əliyev Avropa Komissiyası və AŞPA ilə münasibətlərdən DANIŞDI - VİDEO
Dünən, 09:37
İlham Əliyev: "Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək"
Dünən, 09:10
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
10-07-2026, 14:32
Kəlbəcərdə mina partladı
10-07-2026, 14:30
Xaricdə təhsil adı ilə dələduzluq edənlərlə bağlı MÜRACİƏT
10-07-2026, 13:34
Elektron resept təklif olunur - Yeni qayda
10-07-2026, 12:36
Dövlət mülkiyyətində olan əmlak torpaq sahələri ilə dəyişdirilə biləcək