Azərbaycan muğam sənətinin xanı - İsfəndiyar Aslan oğlu Cavanşir
Mədəniyyət
20 avq 2025 | 10:58
Avqustun 20-si Azərbaycan muğam sənətinin xanı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin doğum günüdür.
Xan Şuşinski 1901-ci ildə Şuşada anadan olub. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi var.

16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.

Videoya baxmaq üçün linkə daxil olun

Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olub. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırıb.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasının tərkibində Cabbar Qaryağdıoğlu da olub. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağda konsertlər verib.

Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, Qarabağ şikəstəsi, "Arazbarı", "Heyratı" zərb-muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar verirdi.



Bakıda ilk dəfə səhnəyə 1923-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında çıxıb. Bundan sonrakı illərdə böyük məşhurluğa sahiblənib, bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olub. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçib.

1934-cü ildə Xan Şuşinski Tbilisi şəhərində keçirilən Cənubi Qafqaz Xalqlarının Birinci İncəsənət Olimpiadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.

Xan Şuşinski 1943-cü ildə "Xalq artisti" adına layiq görülüb. Bundan bir il sonra Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri edib. Bu səfər zamanı Tehran da daxil olmaqla dörd şəhərdə konsert verib.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası" yaradıb və burada gənc xanəndələrə muğamın sirlərini öyrədib.


O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində (Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) - red.) dərs deyib, muğam ifaçılarının yeni nəslini yaradıb. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan, onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub.

Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir Hacıbəyovun "Qaragöz" mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb. Xan Şuşinski Üzeyir Hacıbəyovdan başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyov da xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alıb.

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.
Bu gün, 11:21
İlham Əliyevin Şuşada Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu gün, 11:15
İlham Əliyev: "Əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri inkişaf edəcək"
Bu gün, 11:14
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bu gün, 11:12
Hikmət Hacıyev: "Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı"
Bu gün, 11:08
Ebola virusuna qarşı peyvəndin ilk klinik sınaqlarına başlanıldı
Bu gün, 11:06
İlham Əliyev Emmanuel Makronu təbrik etdi
Bu gün, 10:45
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 57-ci ildönümüdür
Bu gün, 10:36
Rumıniyada SOCAR-ın daha iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - VİDEO
Bu gün, 10:20
Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO
Bu gün, 10:19
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO
Bu gün, 10:11
İlham Əliyev Şuşada Peter Pelleqrinini qarşıladı - FOTO
Bu gün, 09:00
DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması - Fransa ilə İspaniya üz-üzə
Dünən, 17:48
Səna aeroportu vuruldu: İran təyyarəsinin limana enişinə imkan verilmədi - VİDEO
Dünən, 17:45
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi?
Dünən, 17:23
Sabahdan HAVA KƏSKİN DƏYİŞİR: Şimşək, dolu... - XƏBƏRDARLIQ
Dünən, 17:22
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
Dünən, 16:34
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Dünən, 16:33
Qazaxıstanla Azərbaycan arasında telekanalların qarşılıqlı yayımı barədə fikir mübadiləsi aparılıb - FOTO
Dünən, 16:30
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Dünən, 16:26
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO
Dünən, 16:00
Fərid Zeynalov: "Rəqəmsal platformalardakı dezinformasiya ictimai rəyi çaşdıra bilər"
Dünən, 15:37
Azərbaycanda dövlət qurumu ləğv edildi
Dünən, 15:36
Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb?
Dünən, 15:00
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünən, 14:38
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib - VİDEO
Dünən, 13:30
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi məlum oldu
Dünən, 10:51
Azərbaycan Prezidenti: "Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik"