Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür
Mədəniyyət
21 yan 2026 | 13:08
Yanvarın 21-i Azərbaycanın Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın doğum günüdür.

Azerimedia.Az xatırladır ki, bəstəkar 1924-cü ildə Şəkidə dünyaya göz açıb.



Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı olub. Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışıb. Anası Züleyxa xanım isə evdar qadın olub.

Şəfiqə Axundova Bakıdakı 173 saylı məktəbdə, eyni zamanda, musiqi məktəbində oxuyub. O, sənət taleyinin uğurlu olmasını bacısı Zümrüdün adı ilə bağlayırdı. Zümrüd Axundova böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı olub. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları tez-tez qonaq olurdular. Bu zaman bacısı Şəfiqəyə qonaqlar üçün royalda musiqi ifa etməyi tapşırardı.

Şəfiqə Axundova İncəsənət idarəsinin rəisi, yazıçı Mirzə İbrahimov və onun həyat yoldaşı Sara xanımın vasitəçiliyi ilə Üzeyir Hacıbəyovla görüşüb. Üzeyir Hacıbəyov ona musiqi təhsili almağı tövsiyə edib və Hacı Xanməmmədovun tar sinfinə göndərib. Bir ildən sonra Şəfiqə Ağabacı Rzayevadan tarın sirlərini öyrənib. Beləliklə, Şəfiqə Axundovanın uğurlu təhsil yolu Üzeyir bəyin xeyir-duası ilə 1941-ci ildən başlayıb. O, həmçinin Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsini öyrənib.

1943-44-cü illərdə Şəfiqə xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alıb. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. Qeyd edək ki, Leninqrad Konservatoriyasının görkəmli professoru Zeydmanı Bakıya məhz Üzeyir bəy dəvət etmişdi.



Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida, Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaqla kifayətlənməyib, mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub.



Ş.Axundova 26 il - 1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışıb.

Şəfiqə Axundova 1998-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

O, 2013-cü il iyulun 26-da vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

2024-cü ildə Xalq artisti haqqında "Şərqin nəğməkar qızı" sənədli filmi çəkilib.
Bu gün, 11:15
İlham Əliyev: "Əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri inkişaf edəcək"
Bu gün, 11:14
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bu gün, 11:12
Hikmət Hacıyev: "Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı"
Bu gün, 11:08
Ebola virusuna qarşı peyvəndin ilk klinik sınaqlarına başlanıldı
Bu gün, 11:06
İlham Əliyev Emmanuel Makronu təbrik etdi
Bu gün, 10:45
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 57-ci ildönümüdür
Bu gün, 10:36
Rumıniyada SOCAR-ın daha iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - VİDEO
Bu gün, 10:20
Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO
Bu gün, 10:19
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO
Bu gün, 10:11
İlham Əliyev Şuşada Peter Pelleqrinini qarşıladı - FOTO
Bu gün, 09:00
DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması - Fransa ilə İspaniya üz-üzə
Dünən, 17:48
Səna aeroportu vuruldu: İran təyyarəsinin limana enişinə imkan verilmədi - VİDEO
Dünən, 17:45
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi?
Dünən, 17:23
Sabahdan HAVA KƏSKİN DƏYİŞİR: Şimşək, dolu... - XƏBƏRDARLIQ
Dünən, 17:22
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
Dünən, 16:34
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Dünən, 16:33
Qazaxıstanla Azərbaycan arasında telekanalların qarşılıqlı yayımı barədə fikir mübadiləsi aparılıb - FOTO
Dünən, 16:30
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Dünən, 16:26
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO
Dünən, 16:00
Fərid Zeynalov: "Rəqəmsal platformalardakı dezinformasiya ictimai rəyi çaşdıra bilər"
Dünən, 15:37
Azərbaycanda dövlət qurumu ləğv edildi
Dünən, 15:36
Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb?
Dünən, 15:00
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünən, 14:38
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib - VİDEO
Dünən, 13:30
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi məlum oldu
Dünən, 10:51
Azərbaycan Prezidenti: "Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik"
Dünən, 10:49
Tarixi abidələrlə bağlı YENİ QƏRAR