Xalq artisti Firəngiz Şərifovanın doğum günüdür
Mədəniyyət
6 fev 2026 | 16:38
Fevralın 6-sı aktrisa, Azərbaycan SSR Xalq artisti Firəngiz Şərifovanın doğum günüdür.

Azerimedia.Az xatırladır ki, Firəngiz Abbasmirzə qızı Şərifova 1924-cü ildə Bakıda anadan olub.

Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.

1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.

Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib.

Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub.

Videoya baxmaq üçün linkə daxil olun

1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb.

Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (indiki Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktrisa kimi işləməyə başlayıb. Tezliklə teatrın repertuar ağırlığını çəkən əsas aktrisalardan biri olub.

Anası Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya anadan olmasının 60 illiyi münasibəti ilə təntənəli yubiley keçirilib. Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-də Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib.

1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və 2001-ci ilədək oranın aparıcı sənətkarı olub.

Firəngiz Şərifzadə milli səhnə mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə, qazandığı sənət qələbələrinə görə 1960-cı il mayın 24-ü Azərbaycan Respublikasının əməkdar artisti və 1969-cu il dekabrın 25-i xalq artisti fəxri adlarına layiq görülüb.

2002-ci ildən prezident təqaüdçüsü olub.

O, Musiqili Komediya Teatrında "Arşın mal alan" tamaşasında Gülçöhrə, "Qaçaq Nəbi" tamaşasında Həcər, "Od gəlini" tamaşasında Gülgün və s. kimi rolları böyük ustalıqla oynayıb.

1949-1961 və 1965-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik, komik, fəci və psixoloji səhnə obrazları Firəngiz Şərifovanın yaradıcılığında xüsusi yer tutub. Həmin səhnə surətlərinin daha xarakterikləri Gülzar ("Tamahkar"), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah"), Yasəmən ("Qaraca qız") və s. olub.

Firəngiz Şərifzadə 2014-cü il fevralın 20-də Bakıda vəfat edib.
Dünən, 17:48
Səna aeroportu vuruldu: İran təyyarəsinin limana enişinə imkan verilmədi - VİDEO
Dünən, 17:45
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi?
Dünən, 17:23
Sabahdan HAVA KƏSKİN DƏYİŞİR: Şimşək, dolu... - XƏBƏRDARLIQ
Dünən, 17:22
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
Dünən, 16:34
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Dünən, 16:33
Qazaxıstanla Azərbaycan arasında telekanalların qarşılıqlı yayımı barədə fikir mübadiləsi aparılıb - FOTO
Dünən, 16:30
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Dünən, 16:26
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO
Dünən, 16:00
Fərid Zeynalov: "Rəqəmsal platformalardakı dezinformasiya ictimai rəyi çaşdıra bilər"
Dünən, 15:37
Azərbaycanda dövlət qurumu ləğv edildi
Dünən, 15:36
Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb?
Dünən, 15:00
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünən, 14:38
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib - VİDEO
Dünən, 13:30
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi məlum oldu
Dünən, 10:51
Azərbaycan Prezidenti: "Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik"
Dünən, 10:49
Tarixi abidələrlə bağlı YENİ QƏRAR
Dünən, 10:47
Prezident: "Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır"
Dünən, 10:46
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Dünən, 10:44
Prezident: "İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir"
Dünən, 10:43
Azərbaycandan tranzit keçməklə Ermənistana yeddi vaqon buğda göndəriləcək
Dünən, 09:49
İlham Əliyev Avropa Komissiyası və AŞPA ilə münasibətlərdən DANIŞDI - VİDEO
Dünən, 09:37
İlham Əliyev: "Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək"
Dünən, 09:10
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
10-07-2026, 14:32
Kəlbəcərdə mina partladı
10-07-2026, 14:30
Xaricdə təhsil adı ilə dələduzluq edənlərlə bağlı MÜRACİƏT
10-07-2026, 13:34
Elektron resept təklif olunur - Yeni qayda
10-07-2026, 12:36
Dövlət mülkiyyətində olan əmlak torpaq sahələri ilə dəyişdirilə biləcək