Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Mədəniyyət
9 sen 2024 | 16:07
Prezident İlham Əliyev Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Nəbi Xəzrinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur.

Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapıb. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub və müəllifinə şöhrət qazandırıb. Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərib, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görüb.
Bu gün, 14:57
Peter Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi - FOTO - VİDEO
Bu gün, 14:30
Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib - FOTO
Bu gün, 14:26
Slovakiyadan Azərbaycana məktəb hədiyyəsi: Prezidentlər təməlqoyma mərasiminə qatıldılar - FOTO
Bu gün, 11:21
İlham Əliyevin Şuşada Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu gün, 11:15
İlham Əliyev: "Əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri inkişaf edəcək"
Bu gün, 11:14
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bu gün, 11:12
Hikmət Hacıyev: "Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı"
Bu gün, 11:08
Ebola virusuna qarşı peyvəndin ilk klinik sınaqlarına başlanıldı
Bu gün, 11:06
İlham Əliyev Emmanuel Makronu təbrik etdi
Bu gün, 10:45
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 57-ci ildönümüdür
Bu gün, 10:36
Rumıniyada SOCAR-ın daha iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - VİDEO
Bu gün, 10:20
Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO
Bu gün, 10:19
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO
Bu gün, 10:11
İlham Əliyev Şuşada Peter Pelleqrinini qarşıladı - FOTO
Bu gün, 09:00
DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması - Fransa ilə İspaniya üz-üzə
Dünən, 17:48
Səna aeroportu vuruldu: İran təyyarəsinin limana enişinə imkan verilmədi - VİDEO
Dünən, 17:45
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi?
Dünən, 17:23
Sabahdan HAVA KƏSKİN DƏYİŞİR: Şimşək, dolu... - XƏBƏRDARLIQ
Dünən, 17:22
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
Dünən, 16:34
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Dünən, 16:33
Qazaxıstanla Azərbaycan arasında telekanalların qarşılıqlı yayımı barədə fikir mübadiləsi aparılıb - FOTO
Dünən, 16:30
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Dünən, 16:26
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO
Dünən, 16:00
Fərid Zeynalov: "Rəqəmsal platformalardakı dezinformasiya ictimai rəyi çaşdıra bilər"
Dünən, 15:37
Azərbaycanda dövlət qurumu ləğv edildi
Dünən, 15:36
Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb?
Dünən, 15:00
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO