“Xarıbülbül əfsanəsi” sənədli filmi Parisdə
Mədəniyyət
5 noy 2024 | 15:53
Azərbaycanın Fransadakı səfirliyi, UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Parisdə Rex kinoteatrında 2-ci "Kino İrsi" Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.

Festival çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Azərbaycan Respublikasının İsveçdəki Səfirliyinin dəstəyi ilə, isveçli fotoqraf və rejissor Mikael Silkeberq tərəfindən lentə alınmış “Xarıbülbül əfsanəsi” və “Odin kodu” adlı sənədli filmlər Parisdə Rex kinoteatrında noyabrın 7-də nümayiş olunacaqdır. Xatırladaq ki, “Xarıbülbül əfsanəsi” Azərbaycanın musiqi paytaxtı Şuşa işğaldan azad olunduqdan sonra onun tarixi əhəmiyyəti və zəngin mədəni irsi barədə lentə alınmış ilk sənədli filmdir. Filmdə, həmçinin qələbə və azadlıq rəmzinə çevrilmiş xarı bülbül gülünün simvolik rolundan bəhs olunur. Festival çərçivəsində nümayiş olunacaq “Odin kodu” filmi isə Azərbaycan və Skandinaviya ölkələri arasında qədim tarixə əsaslanan əlaqələrdən və bu əlaqələrin öyrənilməsinə böyük əhəmiyyət verən məşhur norveçli alim və səyahətçi Tur Heyerdalın ölkəmizə səfəri, Ümummilli Lider Heydər Əliyevlə görüşlərdə səsləndirilən fikirlərdən bəhs edir.

Açılış mərasimində Qırğızıstanın Fransadakı səfiri Sadıq Şer-Niyaz, festivalın təşkilatçıları çıxış edərək festivalı açıq elan etmiş, festivala verdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya, UNESCO yanında daimi nümayəndə Elman Abdullayevə və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyevə təşəkkürünü bildirmişdir.

Festival hər il kinonun beşiyi olan Parisdə “AITYSH France” assosiasiyası tərəfindən təşkil olunur. Festivalın əsas məqsədi yeni reallıqlar və obrazları təqdim etmək, istedadları təbliğ etmək və filmləri dünya kino irsinə çevrilmiş kinorejissorların müstəsna dünyasına qayğı göstərmək, insanlardan və mədəniyyətlərdən bəhs edən filmləri nümayiş etdirmək, mədəniyyətlər və millətlər arasında dialoqu inkişaf etdirməkdir.

Festivalın prinsipi unikal kino dili ilə tolerantlıq, qarşılıqlı anlaşma, mehribanlıq, mədəni müxtəlifliyin və birliyin qorunması mesajı verməkdir.

2-ci “Kino İrsi” Beynəlxalq Film Festivalının açılış mərasimində Fransada akkreditə olmuş diplomatlar, Fransanın, eləcə də iştirakçı ölkələrin mədəniyyət və incəsənət xadimləri, festival çərçivəsində nümayiş olunacaq filmlərin rejissorları, aktyorları, yerli ictimaiyyətin və Parisdə yaşayan müxtəlif xalqların diaspora nümayəndələri iştirak ediblər.
Bu gün, 14:57
Peter Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi - FOTO - VİDEO
Bu gün, 14:30
Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib - FOTO
Bu gün, 14:26
Slovakiyadan Azərbaycana məktəb hədiyyəsi: Prezidentlər təməlqoyma mərasiminə qatıldılar - FOTO
Bu gün, 11:21
İlham Əliyevin Şuşada Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu gün, 11:15
İlham Əliyev: "Əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri inkişaf edəcək"
Bu gün, 11:14
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bu gün, 11:12
Hikmət Hacıyev: "Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı"
Bu gün, 11:08
Ebola virusuna qarşı peyvəndin ilk klinik sınaqlarına başlanıldı
Bu gün, 11:06
İlham Əliyev Emmanuel Makronu təbrik etdi
Bu gün, 10:45
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 57-ci ildönümüdür
Bu gün, 10:36
Rumıniyada SOCAR-ın daha iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - VİDEO
Bu gün, 10:20
Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO
Bu gün, 10:19
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO
Bu gün, 10:11
İlham Əliyev Şuşada Peter Pelleqrinini qarşıladı - FOTO
Bu gün, 09:00
DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması - Fransa ilə İspaniya üz-üzə
Dünən, 17:48
Səna aeroportu vuruldu: İran təyyarəsinin limana enişinə imkan verilmədi - VİDEO
Dünən, 17:45
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi?
Dünən, 17:23
Sabahdan HAVA KƏSKİN DƏYİŞİR: Şimşək, dolu... - XƏBƏRDARLIQ
Dünən, 17:22
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
Dünən, 16:34
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Dünən, 16:33
Qazaxıstanla Azərbaycan arasında telekanalların qarşılıqlı yayımı barədə fikir mübadiləsi aparılıb - FOTO
Dünən, 16:30
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Dünən, 16:26
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO
Dünən, 16:00
Fərid Zeynalov: "Rəqəmsal platformalardakı dezinformasiya ictimai rəyi çaşdıra bilər"
Dünən, 15:37
Azərbaycanda dövlət qurumu ləğv edildi
Dünən, 15:36
Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb?
Dünən, 15:00
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO